Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İntensiv yağış, qar yağacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
İntensiv yağış, qar yağacaq - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycanın rayonlarında dekabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir.

 

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

ETSN xəbərdarlıq edir ki, dekabrın 7-dən dekabrın birinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

05.12.2018 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ