Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Mağazalar yalnız qida şirkətlərindən çıxarış tələb edə bilərlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mağazalar yalnız qida şirkətlərindən çıxarış tələb edə bilərlər"

"Topdan və pərakəndə satış məntəqələri sahibkarlardan yalnız qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reysterindən çıxarışını tələb edə bilərlər".

 

"Marja" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov bildirib. 

 

Qeyd edək ki, Dekabrın 5-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi ilə görüş keçirilib. Görüş zamanı ölkədə süd və süd məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Onlara süd və süd məhsullarının idxalı və ixracının tənzimlənməsi, qeydiyyatsız və eləcə də müvafiq sertifikatsız süd və süd məhsullarının yaratdığı məsuliyyət barədə məlumat verilib. Eyni zamanda, sahibkarlar süd məhsullarının istehsalında minimum tələblərin təmin edilməsi, onların qablaşdırılması və etiketlənməsi, eləcə də qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlıq barədə məlumatlandırılıb. 

05.12.2018 11:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ