Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda da fəaliyyət göstərən "Coca-Cola İçecek" şirkətində yeni maliyyə direktoru

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda da fəaliyyət göstərən "Coca-Cola İçecek" şirkətində yeni maliyyə direktoru

Azərbaycandakı "Coca-Cola" məhsulları istehsalçısının da bağlı olduğu "Coca-Cola İçecek" şirkətinə yeni Maliyyə direktoru (CFO) təyin edilib.

 
"Coca-Cola İçecek"dən "Marja"ya verilən məlumata görə, "Anadolu" Qrupunun əsas səhmdarı olduğu, Türkiyə ilə yanaşı, Azərbaycan, Orta Şərq, Orta Asiya və Pakistanda fəaliyyət göstərən "Coca-Cola İçecek" şirkətində Maliyyə direktoru (CFO) vəzifəsinə Andriy Avramenko təyin edilib. 

Reklam_3_11

 
1999-cu ildən bəri "Coca-Cola" sistemində müxtəlif vəzifələrdə işləmiş Avramenko, 1 Yanvar 2019-da vəzifəsinin icrasına başlayacaq.
 

Ukraynada Kiyev Dövlət Universitetinin Beynəlxalq İqtisad fakültəsindən magistr dərəcəsinə malik olan Andriy Avramenko, karyerasına 1994-cü ildə "Artur Andersen" şirkətinin Kiyev ofisində başlayıb.
 

Avramenko 1999-cu ildə daxili auditor olaraq "Coca-Cola" şirkətinə qatılıb. 

 

"Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və  satışını həyata keçirir. CCI Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir. "Azərbaycan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır.

05.12.2018 15:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ