Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq reytinq agentliyindən yeni neft qiymətləri proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq reytinq agentliyindən yeni neft qiymətləri proqnozu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Fitch” beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib.

 

Sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə 57,5 dollardan 62,5 dollaradək qaldırılıb.

 

Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır.

 

“OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik”, - icmalda qeyd olunub.

 

"Fitch" 2018-2020-ci illər üçün yeni qlobal iqtisadi artım proqnozlarını açıqlayıb

 

"Qlobal iqtisadi artım zəifləyir və daha az balanslı olur. Eyni zamanda xüsusilə 2020-ci ildə azalma riskləri ilə bağlı ehtimallar yüksəlir". 

 

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin "Global Economic Outlook" icmalında bildirilir. 

 

Agentliyin baş iqtisadçısı Brayan Kulton (Brian Coulton) bildirib ki, hələlik dünya iqtisadiyyatı yüksək templərlə böyüyür, bununla belə, qlobal artım mənzərəsində tənəzzül əlamətləri təzahür etməyə başlayır. 

 

“Avrozonada artımla bağlı xəyallar yenidən puç olur, dünya ticarəti yavaşlayır və Çində iqtisadi artım tempinin azalması artıq proqnoz yox, faktdır”, - deyə B. Kulton əlavə edib. 

 

İcmalda həmçinin bildirilib ki, dünyanın aparıcı üç iqtisadiyyatında artım dinamikası daha fərqli hala gəlir: “ABŞ-da iqtisadiyyat əvvəlki illə müqayisədə artmaqdadır. Bununla yanaşı, avrozona və Çində artım templəri aşağı düşür". 

 

"Fitch"in analitikləri hesab edir ki, bu il və gələn il qlobal iqtisadi artım proqnozları dəyişməyəcək. Onların fikrincə, 2018-ci ildə qlobal iqtisadi artım 3,3%, 2019-cu ildə 3,1%, 2020-ci ildə isə 3% təşkil edəcək. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

05.12.2018 17:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ