Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

2018 başa çatır, kreditlərdə ciddi canlanma müşahidə olunmur

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018 başa çatır, kreditlərdə ciddi canlanma müşahidə olunmur

2018-ci il başa çatır. Bu il ərzində İpoteka və Zəmanət Fondunun, Azərbaycan Kredit Bürosunun fəaliyyətə başlamasına, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin istifadəyə verilməsinə baxmayaraq kreditlərdə ciddi canlanma müşahidə olunmur.

 

“Marja” Mərkəzi Bankın statistikasına istindən xəbər verir ki, 2018-ci ilin 10 ayı ərzində cəmi kredit qoyuluşları 524 milyon manat artıb.Ötən ilin sonunda 11 milyard 758 milyon manat olmuş cəmi kredit qoyuluşları Oktyabr ayının sonunda 12 milyard 281 milyon manata yüksəlib.

 

 Sentyabr ayı ilə müqayisədə Oktyabr ayında isə kredit qoyuluşları 21 milyon manat azalıb.

 

2018-ci ilin 10 ayı ərzində cəmi kredit qoyuluşlarının 524 milyon manat artmasına ən böyük töhfəni istehlak kreditləri verib.  Yanvar-Oktyabr dövründə ev təsərrüfatlarına verilmiş kreditlər 500 milyon manat artaraq ötən ilin sonundakı 4 milyard 606 milyon manatdan 5 milyard 106 milyon manata qalxıb.

 

Cari ilin 10 ayı ərzində:

 

-Ticarət və xidmət sektoruna verilən kreditlər 3 milyon manat azalaraq 2 milyard 66 milyon manata düşüb;

 

-Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 40 milyon manat azalaraq 275,5 milyon manata düşüb;

 

-Kənd təsərrüfatı və emala verilən kreditlər  39 milyon manat artaraq 468 milyon manata çatıb;

 

-İnşaat və əmlak sektoruna verilən kreditlər 171 milyon manat azalaraq 375 milyon manata düşüb;

 

-Sənaye və istehsal sektoruna verilən kreditlər 66 milyon manat artaraq 687 milyon manata çatıb;

 

-Nəqliyyat və rabitə yə verilən kreditlər 162 milyon manat artaraq 1 milyard 288 milyon manata qalxıb;

 

-Digər sektorlara verilmiş kreditlər  35 milyon manat artaraq 182 milyon manata yüksəlib.

 

-Akkreditivlər üzrə 135 milyon manat azalaraq 50 milyon manata düşüb;

 

-Faktorinq əməliyyatları  10 milyon manat artaraq 20 milyon manata çatıb;

 

-Overdraftlar  32 milyon manat artaraq  52 milyon manata qalxıb;

 

-Maliyyə sektoruna kredit qoyuluşu 76 milyon manat azalaraq 276 milyon manata yüksəlib.

 

Göründüyü kimi ən çox azalma inşaat və əmlak sektoruna verilmiş kreditlərdə, ən çox artım isə nəqliyyat və rabitəyə verilən kreditlərdə baş verib. Ümumiyyətlə, real sektora verilən cəmi kreditlərdə böyük artım yoxdur. Cəmi kredit qoyuluşlarımnda artım əhaliyə verilən kreditlərin artması hesabına yaranıb.

 

 Kredit qoyuluşlarının sahələr üzrə strukturu (dövrün sonuna), milyon manatla.

06.12.2018 06:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ