Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Ənənəvi regional inkişaf proqramlarından imtina edilməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ənənəvi regional inkişaf proqramlarından imtina edilməlidir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yeni vergi dəyişikliklərinin əsas əlamətlərindən biri də regionlara verilən güzəştlərdən imtinadır". 

 

Reklam_3_11

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

 

"Sadələşdirilmiş verginin dərəcəsi Bakıdan 2 dəfə aşağı idi, artıq yeni ildən barəbarləşir. Fərdi sahibkarların sosial sığorta haqları kəndlərdə 2 dəfə aşağı idi, 2019-dan Bakı ilə bərabərləşir. 

 

Güzəştlərdən niyə imtina edildi? Rəsmi əsaslandlırma və arqumentlər nədən ibarətdir - bu çox önəmlidir. 

 

Əgər bu güzəştlərin iqtisadi səmərəsi olmayıbsa, nədən az qala 15 il gözləmək lazım gəlib və çevik şəkildə yeni vergi siyasəti işlənməyib? Axı bu zaman itkisidir. 

 

Yox, hesab edilirsə ki, regionlar artıq inkişaf edib, vergi güzəştlərinə artıq ehtiyac qalmayıb, məncə hətta rəsmi rəqəmlər bu arqumenti müdafiə etməkdə acizdir. 15 il əvvəl olduğu kimi yenə də regionların milli gəlirdə payı 25%-i, ixracda payı 3-5%-i, büdcədə payı 4-5%-i ötmür. 

 

İddia etmək də çətindir ki, regionların inkişafdan qalmasının əsas və köklü səbəbi elə vergi siyasətinin yanlışlığıdır. Amma məsələyə kompleks yanaşma çox önəmlidir - investisiya siyasəti, regional idarəetmədəki boşluqlar, əyalətlərdə insan kapitalının inkişafı üçün mövcud şərtlər, əyalətlərin innovasiyaların tətbiqi baxımından hazırlıq səviyyəsi - hamısı bir arada dəyərləndirilməlidir. Mənə qalsa, düşünürəm ki, Azərbaycanda əksmərkəzləşmə islahatlarını gerçəkləşdirib yerlərə iqtisadi muxtariyyat və təşəbbüskarlıq azadlığı verilməyincə, hətta bölgələrin vergidən tam azad edilməsi, müxtəlif investisiya təşviqləri belə nəticə verməyəcək. 

 

Hər halda düşündürücü mövzudur - həm də ölkənin strateji maraqları baxımından zaman itiriləsi mövzu deyil. 

 

Yaxın zamanlar üçün atıla biləcək ən vacib addım - regional iqtisadi inkişafla bağlı ayrıca qanun qəbul edilməli, bu qanunda ölkə üzrə adambaşına milli gəlirin məbləğinin 70%-dən aşağı gəlir formalaşdıran, adambaşına kənd təsərrüfatına yararlı torpaqların həcmi ölkə üzrə orta göstəricədən azı 1.5-2 dəfə aşağı olan, dəniz səviyyəsindən 1000-dən yüksəklikdə yerləşən dağlıq ərazilərə, yaralı torpaqlarının azı üçdə biri şoranlaşmaq təhlükəsi ilə üzləşən və ya artıq üzləşmiş ərazilərə münasibətdə komleks iqtisadi təşviq proqramları tətbiq etmək vacibdir. 

 

15 ildir işlənən ənənəvi regional inkişaf proqramlarından imtina edilməli, məhz qeyd olunan meyarlar, dəqiq və kəmiyyətcə ölçülə bilən və hər bir bölgəni ayrıca əhatə edən, ayrıca təsdiqlənən proqramlaşma təcrübəsinə keçilməlidir", - deyə o, qeyd edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Renkinq" 

06.12.2018 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ