Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Şevron”un payını satması məlumatına BP-dən - MÜNASİBƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şevron”un payını satması məlumatına BP-dən - MÜNASİBƏT

ABŞ-ın “Şevron” enerji korporasiyasının və onun rəqibi “Exxon Mobil” şirkətinin də Azərbaycanda iri neft-qaz layihəsini tərk etməyə hazırlaşması ilə bağlı məlumata BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns münasibətini açıqlayıb. 

 

Qari Counsun sözlərinə görə, BP rəhbərliyi indiki mərhələdə bu informasiyalara şərh vermək istəmir.

 

Şirkətlərin layihənin operatoru olan BP-yə bu barədə hər hansı bir xəbərdarlıq etməsinə gəlincə isə, Q.Couns qeyd edib ki, “belə bir tələb yoxdur ki, indiki mərhələdə onlar bizə nəsə bildirsinlər”.

 

BP şirkətinin pay almaqda maraqlı olub-olmadığına gəlincə, indiki mərhələdə bu  barədə danışmaq tez olduğunu vurğulayıb. 

 

“Operator olaraq layihələrimizdən çox məmnunuq. Hesab edirik ki, “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” də hamısı dünya səviyyəli layihələrdir. Biz onlara investisiya qoymuşuq və bundan sonra da qoymaqda davam edəcəyik”. 

 

Qeyd edək ki, “Şevron”un Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağında payını (9,57%) və Xəzər neftini Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəmərində olan 8,9 faizlik payını da satmaq niyyəti barədə məlumatlar yayılıb. 

 

“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

 

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı idi, ancaq 2017-ci il sentyabrın 20-də Bakıda “Azəri-Çıraq-Günəşli” neft yatağının 2050-ci ilədək işlənməsi ilə bağlı yeni müqavilə imzalanıb. 

 

Konsorsium iştirakçıları arasında BP (Böyük Britaniya, layihənin operaotru, 30,37%), SOCAR (Azərbaycan, 25%), “Şevron” (ABŞ, 9,57%), INPEX (Yaponiya, 9,31%), “Equinor” (Norveç, 7,27%), “Exxon Mobil” (ABŞ, 6,79%), TPAO (Türkiyə, 5,73%), ITOCHU (Yaponiya, 3,65%) və “ONGC Videsh Ltd” (Hindistan, 2,31%) var.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

© Oxu

06.12.2018 03:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ