Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hərraclarda dollar satışı kəskin artıb - MƏBLƏĞ AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərraclarda dollar satışı kəskin artıb - MƏBLƏĞ AÇIQLANDI

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə "Marja" Fonddan bildirilib.

 

Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Noyabrda dollar satışı 164,5 milyon dollar və ya 33,6% artıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində 394,8 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

 

2018-ci ilin 11 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 5 milyard 783,3 milyon ABŞ dollarına çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 768,7 milyon dollar və ya 91,9% çoxdur.  Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ARDNF valyuta hərraclarında 3 milyard 13,3 milyon dollar satıb. 

06.12.2018 07:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ