Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Aztelekom” daha bir neçə rayonda LTE şəbəkəsi quracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC daha bir neçə rayonda LTE (Long-Term Evolution - Uzunmüddətli İnkişaf) şəbəkənin tətbiqini planlaşdırır.

 

Reklam_3_11

Bu barədə şirkətin şöbə müdiri Emin Quliyev məlumat verib. 

 

Onun sözlərinə görə, hazırda həmin rayonlar dəqiqləşdirilir. 

 

"Bu həm tələbatdan, həm də relyefdən asılıdır. Elə yerlər var ki, orada daha çox iş görmək lazımdır, ola bilsin biz gələn il üçün yox, növbəti il üçün həmin regionları seçdik. Bilirsiniz ki, ötən il Xaçmazın kəndlərindən birini biz LTE xidmətlərinə qoşmuşduq. Hazırda bu kəndin sakinləri 4-cü nəsil internetdən istifadə edirlər”, - deyə E.Quliyev qeyd edib. 

 

“Aztelekom” rəsmisi təmsil etdiyi qurumun “Bakutel-2018” – 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirakı barədə danışıb: "Hər il olduğu kimi bu il də ənənəvi sərgiyə qoşulmuşuq və yeni konsepsiya ilə iştirak edirik. Sərgidə "Aztelekom"un stendi 3 zonaya ayrılıb. Bunlar ev, ofis və bağlardır. Şirkət evlərdə telefon, internet IPTV xidmətləri, ofislərdə yüksək sürətli internetlə yanaşı IP telefon və SIP-telefoniya xidmətləri, parklarda pulsuz Wi-Fi xidməti, regionlarda isə LTE xidməti göstərir”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

06.12.2018 07:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ