Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan və Səudiyyə neftin qiymətini müzakirə etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Səudiyyə neftin qiymətini müzakirə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə Vyanada neftin qiymətinin sabitliyi ilə bağlı məsələləri müzakirə ediblər.

 

“Görüşdə son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən faktorlar, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə edilib”, - Energetika Nazirliyinin məlumatında deyilir.

 

Xüsusilə, görüş zamanı qiymət sabitliyi və balansın təmin olunması üçün hasilatın məhdudlaşdırılması təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın 2019-cu ildə də davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

“Bundan əlavə, nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər”, - nazilrik qeyd edir.

 

Xəbər verildiyi kimi, dekabrın 5-də Vyanada OPEC+ sazişi iştirakçılarının Monitorinq Komitəsinin iclası keçirilib. Dekabın 6-da kartelə daxil olan üzv ölkələrin nazirlərinin iclası keçiriləcək. OPEC+ sazişinin 25 üzv ölkəsi hər birinin nazirləri dekabrın 7-də Vyanada toplaşacaqlar.

 

Neft ixracatçılarının dünya bazarlarında xammalın artımının qarşısını almaq məqsədilə hasilatın həcminin azalması barədə razılığa gələcəklər. 

06.12.2018 08:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ