Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2018-in ən güclü 100 qadını açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-in ən güclü 100 qadını açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Forbes" jurnalının 2018-ci il üçün "Dünyanın Ən Güclü 100 Qadını Siyahısı" açıqlanıb.
 

"Marja" xəbər verir ki, Almaniyanın Baş naziri Angela Merkel dünyanın ən güclü qadınları siyahısında ilk yeri tutub.

 

İkinci yeri İngiltərənin Baş naziri Theresa May, üçüncü yeri isə Beynəlxalq Valyuta Fondunun Sədri (BVF) Christine Lagarde tutub.
 
  
Siyahının ilk 10-luğunda, Merkel, May və Lagarde-dan sonra "General Motors"un İdarə Heyətinin sədri Mary Barra, investisiya şirkəti "Fidelity"inin rəhbərlərindən Abigail Johnson, "Bill & Melinda Gates" Fondunun Təsisçisi və Vitse-prezidenti Melinda Gates, "YouTube"un rəhbərlərindən Susan Wojcicki, "Santander Group"un İdarə Heyətinin sədri Ana Patricia Botin, "Lockheed Martin"in İdarə Heyətinin sədri Marillyn Hewson və IBM-in rəhbərlərindən Ginni Rometty var.
 

Siyasət, iş və incəsənət dünyasından çoxlu sayda qadının yer aldığı siyahıya bu il 20 yeni ad daxil olub.
 

"Forbes" jurnalının 2004-ci ildən bu yana hazırladığı siyahıda yer alan qadınlar, mediada görünmələri, siyasət və iqtisadi rəhbərlikləri kimi meyarların nəzərə alınması nəticəsində müəyyən olunur.

06.12.2018 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ