Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı yeni tarix açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı yeni tarix açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə sərnişin qatarlarının fəaliyyətə başlama vaxtı bəlli olub.

 

Reklam_3_11

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.

 

Qeyd olunub ki, bu məqsədlə 2019-cu ilin birinci rübündə Azərbaycana İsveçrənin "Stadler" şirkətinin istehsalı olan yeni vaqonların gətirilməsi gündəmdədir. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanır.

 

Qurumdan bildirilib ki, 2017-ci il oktyabrın 9-da Fransanın Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün istehsal etdiyi birinci sərnişin lokomotivinin (Prima M4) təqdimat mərasimi keçirilib. Artıq iki sərnişin lokomotivi ölkəmizə gətirilib.

 

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

06.12.2018 11:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ