Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Akkord” daha bir beynəlxalq layihənin qalibi oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Akkord” daha bir beynəlxalq layihənin qalibi oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Gürcüstanda daha bir beynəlxalq layihənin qalibi olub. Korporasiya qonşu ölkədə beynəlxalq əhəmiyyətli magistral yolun bir hissəsinin tikintisini həyata keçirəcək.

 

Reklam_3_11

Bu layihəyə əsasən “Akkord” korporasiyası Gürcüstanın qərbində Dzirula-Xaraqauli-Moliti-Puna-Çumateleti magistralının Moliti-Çumateleti hissəsinin təmir və tikintisini həyata keçirəcək.

 

Layihənin icrasına başlamaq üçün “Akkord” korporasiyası ilə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi arasında müqavilə imzalanıb. Sənədi nazir müavini İrakli Karseladze ilə korporasiyanın Gürcüstan filialının direktoru Alik Cəfərov imzalayıblar.

 

Nazirlikdən bildirilib ki, layihədə yolun 25 kilometrlik hissəsində asfalt örtüyünün dəyişdirilməsi, 22 körpünün əsaslı təmir və bərpası, yolda drenaj boruların, istinad divarlarının, təhlükəsizlik banerlərinin tikintisi nəzərdə tutulub.

 

Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihənin ümumi dəyəri 54 milyon 566 min 117 avrodur.

 

Yolun tikintisinin 29 aya başa çatdırılması nəzərdə tutulub.

 

Layihə başa çatdırıldıqdan sonra Xaraqauli bələdiyyəsinin 23 mindən çox əhalisinin, eləcə də həmin əraziyə yaxın 13 kəndin 7 mindən çox əhalisinin sosial həyat tərzi yaxşılaşacaq.

 

Məlumat üçün qeyd edək ki, bu “Akkord”un Gürcüstanda həyata keçirdiyi ilk layihəsi deyil. Korporasiya daha bir neçə layihə üzrə tenderlərdə iştirak edib və yaxın günlərdə həmin layihələr üzrə yeni müqavilələrin imzalanacağı gözlənilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

06.12.2018 12:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ