Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiyanın energetika naziri Vyanadan Moskvaya qayıdıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın energetika naziri Vyanadan Moskvaya qayıdıb

OPEC: Neft hasilatının həcminin azaldılması Rusiyanın iştirakından asılıdır


 

Reklam_3_11

Xəbər verdiyimiz kimi, dekabrın 6-da Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası keçirilir. İclasın əsas müzakirə mövzusu gələn ilin əvvəlindən etibarən neft hasilatının azaldılmasına nail olmaqdır.

 

İclasda iştirak edən nümayəndələr kartelin qeyri-OPEC ölkəsi olan Rusiyanın hasilatla bağlı mövqeyini gözlədiyini bildirirlər. Vyanada səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak məsləhətləşmələr üçün Moskvaya qayıdıb. O, dekabrın 7-də Avstriyanın paytaxtında keçiriləcək OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə rəsmi Moskvanın mövqeyini təqdim edəcək.

 

İclas iştirakçıları neft hasilatının həcminin azaldılacağına dair ümumi razılaşmanın mümkün olacağına işarə etsələr də, konkret rəqəmləri açıqlamayıblar. Mütəxəssislərin rəyinə görə, OPEC-ə üzv ölkələr gündəlik hasilatı ümumilikdə 1,3 milyon barrel azaldılmasını nəzərdən keçirirlər.

 

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih ​jurnalistlərə verdiyi açıqlamada, hasilatın azaldılmasının gündəlik 1 milyon barel olmasının yetərli olacağını deyib. Bazar azaltmanın 1,3 milyon barel olacağını gözləyirdi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Əl-Falih "Hələ bir razılaşma yoxdur, Rusiya hələ də variantları qiymətləndirir. Müqavilə olsa da olmasa da nəticələrinə hazırıq. Bütün ölkələr yükü bərabər şəkildə paylaşmalıdır. Neftin qiymət səviyyəsilə bağlı ABŞ ilə görüşməmişik", -ifadələrini istifadə edib.

 

 

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

 

Son həftələrdə dünya bazarında neftin qiymətinin ucuzlaşması hasilata yenidən baxılması ehtiyacı yaradıb. OPEC qeyri-OPEC ölkələrinin də iştirakı ilə hasilatda düzəlişlər aparılacağına və bazarda qiymətin sabitləşəcəyinə ümid edir.

06.12.2018 12:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ