Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çindən ABŞ-a: Dərhal azad edin

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çindən ABŞ-a: Dərhal azad edin

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Gıng Şuang, ABŞ və Kanadadan, həbs səbəbini aydınlaşdırmağı və Mıng Vancou-nun dərhal sərbəst buraxılmasını tələb edib.
 
 
"Marja"nın xəbər verdiyi kimi, Çinin texnologiya şirkəti "Huawei"nin sahibinin qızı və Maliyyə direktoru (CFO) Mıng Vancoun, guya İran sanksiyalarına əməl etmədiyi iddiası ilə Kanadada həbs edilib. Onun ABŞ-a təhvil veriləcəyi gözlənilir. Bu hadisə, son dövrdə ticarət müharibəsi aparan ABŞ və Çin arasında yeni bir gərginliyi alovlandırıb.
 

"Huawei" şirkətinin ABŞ məhsullarını İrana göndərdiyi iddia edilir. ABŞ-ın Kanadadan, Mıngın Nyu-Yorkda mühakimə olunması üçün onun ekstradisiyasını istədiyi bildirilir.
 

Mıngın, ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət başçısı Şi Cinpingin Argentinada G-20 Sammiti zamanı "iki ölkə arasında 90 gün ərzində yeni gömrük vergisi tətbiq edilməyəcək" barədə razılaşmasından çox qısa bir müddət sonra həbs edilməsi diqqəti çəkir.

 

"ABŞ, HUAWEİ-Nİ HƏDƏF ALIB"


 
Çin Kommunist Partiyasının yayım orqanı "Global Times" qəzeti, ABŞ-ın "Huawei"yi hədəf alaraq beynəlxalq cəmiyyətə mesaj verdiyini yazıb. Xəbərdə, ABŞ-ın şirkətin beynəlxalq nüfuzuna zərər verməyə çalışdığı və texnologiya nəhənginin qlobal bazarını nişan aldığı qeyd edilib.
 

"Huawei"den verilən açıqlamada, "Huawei"nin fəaliyyət göstərdiyi ölkələrin qanunlara və qadağalara tabe olduğu, buna BMT, ABŞ və AB-nin sanksiya və ixrac nəzarətlərinin də daxil olduğu bildirilən açıqlamada,"Şirkətə ittihamlar haqqında çox az məlumat verilib. Mıngın hər hansı bir səhvindən xəbərdar deyilik" ifadəsi istifadə edilib.
 

Şirkət, ABŞ və Kanadada hüquqi sistemlərinin ədalətli bir nəticəyə gələcəyinə inandıqlarını vurğulayıb.

06.12.2018 13:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ