“Yaxın günlərdə ixracla bağlı tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçiləcək”

 “Azərbaycan Prezidenti İlham Əliyev gömrük orqanları və xüsusilə də fiskal sahədə fəaliyyət göstərən digər dövlət qurumları qarşısında qəti tapşırıq verərək bu sahədə islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və xüsusilə sahibkarlara münbit şəraitin yaradılması, “kölgə iqtisadiyyatı” ilə bağlı bütün qurumlarınəlbir olub bu sahədə funksiyalarımızı eyni istiqamətə yönəltməyi tapşırıb”.

 

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, verilən tapşırıqlara uyğun olaraq şəffaflığın təmin edilməsi üçün islahatların aparılması qaçılmazdır: “Bizim də gələcək fəaliyyətimizdə “Yaşıl dəhliz” sistemlərinin genişləndirilməsi və bu sistemin ofisdən gömrük komitəsinin müvafiq qurumlarına gömrük bəyannaməsinin təqdim olunması, həm də gömrük-vergi rüsumlarının ödənilməsi ilə bağlı məmur- vətəndaş təmasını minimuma endirmək əsas məqsədimizdir. Xüsusilə də ixrac malları ilə bağlı sahibkarlarla tərəfdaş olacağıq və biz onlara xüsusi kanallar, dəhlizlər verəcəyik. Hesab edirik ki, yaxın günlərdə ixracın tamamilə elektronlaşdırılmış idarəetmə sisteminə keçəcəyik”.

 

S. Mehdiyev deyib ki, gömrük məmurunu görmədən sahibkarlar mallarını bəyan edəcək. Onun sözlərinə görə, iş adamlarına ilin bütün gün və saatlarında mallarını elektron qaydada bəyan edərək ixrac etmək imkanı yaradılacaq: “Bununla bağlı bizim IT mütəxəssislərinin ilkin pilot layihəsi tamamlanıb, bu ilin sonuna qədər pilot versiyada sahibkarlara təqdim edəcəyik. Növbəti ildə digər idxalatçılar da bura cəlb ediləcək, onlar avtomatlaşdırılmış sistemlə öz mallarını elektron bəyan edərək mallarını rəsmiləşdirə, rüsumlarını ödəyə biləcək”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

© Report

6 Dekabr 2018 , 16:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin