Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Putin və Lukaşenkodan canlı yayımda təbii qaz bazarlığı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin və Lukaşenkodan canlı yayımda təbii qaz bazarlığı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, Belarusun Rusiyadan aldığı qazın qiymətinə dair canlı yayımda bazarlıq ediblər.



"Marja" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi Birliyi (AİB) toplantısı çərçivəsində keçirilən canlı yayımda, Belarusun Rusiyadan idxal etdiyi qazın qiymətini müzakirə edib.
 

Belarusun min kubmetrlik təbii qazı Rusiyadan təxminən 130 dollardan aldığını xatırladan Lukaşenko, "Halbuki düz yanımızdakı Rusiyanın Smolensk bölgəsində təbii qazın qiyməti min kubmetr üçün 70 dollar səviyyəsindədir",-ifadəsini istifadə edib.
 

Putin isə Almaniyanın min kubmetr Rusiya qazına 250 dollar ödədiyinə işarə edərək, "Belarus hazırda 129 dollar ödəyir, gələn il 127 dollar ödəyəcək. AİB, müttəfiqlərimiz üçün əhəmiyyətli bir üstünlükdür. Belarus bu üstünlüyə malik olmasaydı, qazın qiyməti min kubmetrdə 200 dollar olardı",- deyib.
 

Lukaşenko, Putinin hesablamalarının səhv olduğunu qeyd edərək, "Belarusdakı həyat şərtləri Almaniyadan daha pisdir. Almaniyaya qarşı birlikdə savaşdıq və sonra xalqımızın vəziyyətində çox yaxşı yöndə bir dəyişiklik olmadı. Almanlar 200 dollar civarında ödəyir çünki təbii qaz 3 min kilometr daha çox yol qət edir",- deyib.
 

Təbii qaz bazarları qaydaları keçərli olsaydı Belarusun min kubmetr qaza 200 dollar ödəyəcəyi fikrini təkrarlayan Putin, "Bu məsələni bağlı qapılar arxasında təkrar müzakirə edək",- İfadəsini istifadə edib.

06.12.2018 13:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ