Rusiya/Novak: OPEC-in qərarları “Twitter”dəki fikirlərə görə formalaşmır

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarları “Twitter”dəki fikirlərə görə formalaşmır.

 

Bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, neft sənayesi tələb və təklifi nəzərə alır, buna görə də bazarda qərarlar qəbul edir: “Kartel üzvləri bazarın vəziyyəti, neft təklifi və tələbat arasında balans, eləcə də mövcud ehtiyatlar əsasında qərar qəbul edir. OPEC öz qərarlarını “Twitter”də siyasətçilərin müraciətləri əsasında qəbul etmir”.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün öz “Twitter” səhifəsində belə yazıb: “Ümid edirəm ki, OPEC neft hasilatını hazırkı səviyyədə saxlayacaq, azaltmayacaq. Çünki dünya baha neft qiyməti görmək istəmir və ya buna ehtiyac duymur”.

6 Dekabr 2018 , 18:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin