Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR və “ITOCHU" Memorandum imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və “ITOCHU" Memorandum imzaladı

SOCAR və “ITOCHU Oil Exploration Co. Ltd.” şirkəti arasında elmi-texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Reklam_3_11

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, fevralın 22-də SOCAR-ın baş ofisində Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib.

 

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov yapon şirkətlərinin Azərbaycanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərmələrindən, Azərbaycan şirkətləri ilə birgə layihələr üzrə qazanılan uğurlardan danışıb. Qeyd edib ki, yapon şirkətləri ölkəmizin neft-qaz sektorunda ən etibarlı tərəfdaşlardandır. 1996-cı ildə “ITOCHU” şirkətinin “Əsrin Müqaviləsi”nə qoşulduğunu və artıq 20 ildir ki, SOCAR ilə uğurlu əməkdaşlıq etdiyini xatırladan Y.Lətifov Azərbaycanda neft-qazçıxarmanın zəngin və qədim tarixindən söz açıb, dünya neft sənayesi tarixinə Azərbaycan neftçilərinin verdiyi töhfələrdən danışıb. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində əldə olunan nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verib.

 

Yaponiya nümayəndə heyətinin rəhbəri, “ITOCHU” korporasiyasının vitse-prezidenti Yoiçi Kobayaşi SOCAR-da olmaqdan hər zaman böyük məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur və bu baxımdan, hazırki səfər və keçirilən görüşlər olduqca simvolikdir. Azərbaycanın coğrafi mövqeyinin əlverişli olduğunu və bunun yeni bir enerji xabı olaraq ölkəmizin əhəmiyyətini artırdığını vurğulayan Y.Kobayaşi bildirib ki, yapon şirkətləri SOCAR-ın həyata keçirdiyi layihələrə həmişə diqqət yetirir, istər neft-qaz hasilatı, istərsə də emal, treydinq və digər istiqamətlərdə əməkdaşlığın genişləndirməsinə böyük maraq göstərirlər.

 

Daha sonra o, görüşdə iştirak edən Yaponiya nümayəndə heyətinin geniş tərkibini təqdim edib. “Sumitomo Corporation LLC”, “Mitsubishi Corporation”, “Panasonic Marketing CIS Oy” və digər şirkətlərin rəhbərləri təmsil etdikləri qurumların Azərbaycanla əlaqələrindən danışıb, SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.

 

SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, David Məmmədov, Yaşar Lətifov, Bəhram Hüseynov, Sərmayələr İdarəsinin rəis müavini Davud Yaqubov, İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Rəşid Hüseynov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov və başqaları qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıblar.

22.02.2017 15:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ