"Sabah açıqlanacaq razılaşmaya güvənmirik"

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, OPEC-in gündəlik neft hasilatının azaldılması ilə bağlı sabah açıqlanacaq qərarı ilə əlaqədar olaraq "Sabah açıqlanacaq razılaşmaya güvənmirik",- deyib.

 

OPEC-in mətbuat xidmətindən verilən məlumata görə, son həftələrdə neft qiymətlərində baş verən ciddi azalmaya dair tədbirləri müzakirə etmək üçün bir araya gələn OPEC üzvü olan 15 ölkənin neft və energetika nazirlərinin danışıqlarını davam etdirdiyi, bu səbəbdən bu gün planlaşdırılan açıqlamanın sabaha saxlanıldığı bildirilib.


OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin də qatılacağı sabahkı toplantıdan sonra, həm OPEC üzvü, həm də aralarında Rusiyanın da olduğu OPEC üzvü olmayan ölkələrin verəcəyi qərarın dünya ictimaiyyətinə açıqlanacağı qeyd edilib.

 

Bu gün başlayan toplantı nəticəsində üzv ölkələrin yenidən gündəlik neft hasilatını azaltmaq qərarı verəcəyi gözlənilirdi.


Qərarın sabah açıqlanması, 5-incisi keçirəcək OPEC və OPEC-ə üzv olmayan ölkələr görüşünün əhəmiyyətini artırıb.

 

"Marja" xəbər verir ki, hazırda (saat 21:30) Brent neftinin qiyməti 59,34 dollardır. Bu gün Brent nefti 3,6% ucuzlaşıb.

 

Reuters: OPEC ölkələri hasilatın azaldılması barədə prinsipcə razılığa gəliblər


Axşam saatlarında "Reuters" agentliyinin yaydığı xəbərdə bildirilirdi ki, OPEC-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEC ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.

 

Gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEC ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

 

Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır.

6 Dekabr 2018 , 21:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin