ABŞ-ın ticarət kəsiri 10 ilin zirvəsinə qalxıb

ABŞ-da xarici ticarət kəsiri, oktyabrda aylıq 1,7 faiz artımla 55,5 milyard dollara qalxaraq son 10 ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ-ın gömrük tarifləri ilə hədəf aldığı Çinlə ticarət kəsiri də oktyabrda 43,1 milyard dollara yüksələrək bütün zamanların rekordunu qırıb.


 

ABŞ Ticarət Nazirliyinin hesabatına görə, xarici ticarət kəsiri, oktyabrda bir əvvəlki aya nisbətən 1,7 faiz artaraq 55,5 milyard dollar olub. 2008-ci ildən bəri ən yüksək səviyyəsinə çatan məlumata dair bazar gözləntisi 55 milyard dollar idi.
 

Xarici ticarət kəsirinin gözləniləndən artıq yüksəlməsinə, ölkənin ixracının 0,1 faiz azalaraq 211 milyard dollara geriləməsi, idxalının 0,2 faiz artaraq 266,5 milyard dollara qalxması səbəb olub.
 

Sentyabr ayına aid xarici ticarət kəsiri  54,6 milyard dollardan 54 milyard dollara dəyişdirilib.
 

ABŞ-ın Çinə verdiyi ticarət kəsiri də rekord qırıb
 

Həmçinin hesabat, ABŞ-ın əlavə gömrük vergisi tətbiq etdiyi Çin ilə ticarət kəsirinin oktyabrda 43,1 milyard dollara yüksələrək bütün zamanların rekordunu qırdığını ortaya qoyub.
 

Avropa Birliyinə verilən kəsir də oktyabrda 17,6 milyard dollarla ən yüksək səviyyəsinə yaxın olub. ABŞ-ın Meksikaya verdiyi ticarət kəsirinin isə 7,7 milyard dollardan 7,1 milyard dollara gerilədiyi görülüb.
 

Ölkənin ticarət kəsirinin proteksionist gömrük vergilərinə qarşı sürətlə artması, ABŞ Prezidenti Donald Trampın ticarət siyasətinin uğursuzluğu kimi qiymətləndirilir.

6 Dekabr 2018 , 21:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin