Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-ın xam neft ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 7,3 milyon barrel azalıb. Bu azalma  bazar proqnozundan çox yüksəkdir.


 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 7,3 milyon barrel (1,6 faiz) azalma ilə 443,2 milyon barrelə gerilədiyini açıqlayıb.
 

"Marja" xəbər verir ki, bazar ehtiyatların 900 min barrel azalacağını gözləyirdi. Xam neft ehtiyatları ötən həftə 3,6 milyon barrel artmışdı.
 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 1 milyon barrel (0,2 faiz) azalaraq 649,6 milyon barrelə enib.
 

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,7 milyon barel (0,8 faiz) artımla 226,3 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,3 milyon barel artım olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 800 min barel azalmışdı.
 

ABŞ-ın xam neft idxalı, keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 943 min barrel azalaraq 7,2 milyon barrelə geriləyib, ixracı isə gündəlik orta hesabla 761 min barrel artaraq 3,2 milyon barrelə çatıb.
 

Neft hasilatı rekord səviyyədə qalır
 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla min barel artım göstərib. Sözügedən artım Alyaska ştatındakı istehsaldan qaynaqlanıb, digər əyalətlərdə isə dəyişiklik olmayıb.Beləliklə, 24-30 Noyabr həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,7 milyon barrel olmaqla, ölkə tarixində rekord səviyyədə qalmaqda davam edib.

 

Ölkənin xam neft hasilatı son 47 həftədə 38 dəfə artmışdır.
 

EIA-nın "Noyabr 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel olacağı ehtimal edilir.

07.12.2018 04:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ