Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kanadanın Baş nazirindən Huawei hadisəsinə dair açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kanadanın Baş nazirindən Huawei hadisəsinə dair açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kanadanın Baş naziri Justin Trudeau, hökumətinin Huawei-nin maliyyə direktoru Mıng Vancou-nun həbs olunmasında rolu olmadığını bildirərək, "Biz müstəqil məhkəmə ölkəsiyik və əlaqədar şəxslər bu proseslə bağlı qərarları heç bir siyasi müdaxilə olmadan verib" deyib.



 
Montrealda jurnalistlərə gündəmə dair açıqlamalar verən Trudeau, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda günahlandırılaraq 1 Dekabrda Vankouverda təyyarə dəyişərkən həbs edilən Mınga qarşı hüquqi prosesin siyasətdən müstəqil işlədiyini bildirib.
 

Mıngın həbs olunacağından özünə hadisədən bir neçə gün əvvəl məlumat verilməsinə baxmayaraq hökumətinin prosesin tərkib hissəsi olmadığını qeyd edən Trudeau, "Biz müstəqil məhkəmə ölkəsiyik və əlaqədar şəxslər bu proseslə bağlı qərarları heç bir siyasi müdaxilə olmadan verib",-ifadələrini istifadə edib.
 

Mıngın həbs olunması, ABŞ ilə Çin arasındakı qısa müddət əvvəl əldə olunan atəşkəs üçün risk yaradır və ticarət müharibəsini yenidən alovlandıra bilər. 
 
 
 BU GÜN MƏHKƏMƏSİ OLACAQ
 

Kanada Ədliyyə Nazirliyi, Huawei şirkətinin sahibi Rın Cıngfeyin qızı və şirkətin Maliyyə direktoru Mıngın, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə 1 Dekabrda Vankouver şəhərində həbs edildiyini açıqlamışdı.
 
 
ABŞ Aprel ayında İrana qarşı sanksiyaları pozduğu iddiası ilə Çinin texnologiya nəhəngi Huawei-yə qarşı istintaq başladıb. ABŞ rəhbərliyinin tələbi ilə həbs edilmiş Mıngın 7 Dekabr, Cümə günü ilk məhkəməsi olacağı açıqlanıb. Mıngın ABŞ-a ekstradisiya olunacağı gözlənilir.

 

Çin, Mıngın sərbəst buraxılmasını istəyib
 

Pekin rəhbərliyi, həbsi insan hüquqlarının pozulması kimi qiymətləndirib və Kanadadan Mıngı dərhal azadlığa buraxılmasını istəyib.
 

Çinin Ottavadakı səfirliyindən verilən açıqlamada, Mıngın ABŞ və Kanada qanunvericiliyini pozmadığı vurğulanaraq, "Çin tərəfi, bu ciddi insan hüquqları pozuntusuna sərt şəkildə qarşı çıxır və bu vəziyyətə qəti etiraz edir", ifadəsinə yer verilib.

07.12.2018 05:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ