Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünya OPEC-in qərarına fokuslanıb - BU GÜN AÇIQLANACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya OPEC-in qərarına fokuslanıb - BU GÜN AÇIQLANACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 175-ci toplantısında üzv ölkələrin yenidən gündəlik neft hasilatını azaltmaq qərarı verəcəyi gözlənilirdi. Lakin bu barədə mətbuata açıqlama verilmədi. 

 

Axşam saatlarında "Reuters" agentliyinin yaydığı xəbərdə bildirilirdi ki, OPEC-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEC ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.

 

Həmçinin dünən axşam Avstriyanın paytaxtı Vyanada davam edən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 175-ci  toplantısından sonra nəzərdə tutulan mətbuat açıqlamasının sabah (7 dekabrda) veriləcəyi bildirildi. 

 

OPEC-in mətbuat xidmətindən verilən məlumata görə, son həftələrdə neft qiymətlərində baş verən ciddi azalmaya dair tədbirləri müzakirə etmək üçün bir araya gələn OPEC üzvü olan 15 ölkənin neft və energetika nazirlərinin danışıqlarını davam etdirdiyi, bu səbəbdən bu gün planlaşdırılan açıqlamanın sabaha saxlanıldığı bildirilib.
 

"Marja" xəbər verir ki, açıqlamada, OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin də qatılacağı bugünkü toplantıdan sonra, həm OPEC üzvü, həm də aralarında Rusiyanın da olduğu OPEC üzvü olmayan ölkələrin verəcəyi qərarın dünya ictimaiyyətinə açıqlanacağı qeyd edilib.

 

Gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEC ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib. O həmçinin, "Sabah açıqlanacaq razılaşmaya güvənmirik" deyib.

 

Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır.

  

Qərarın bu gün açıqlanması, 5-incisi keçirəcək OPEC və OPEC-ə üzv olmayan ölkələr görüşünün əhəmiyyətini artırıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft hasilatları rekord həddə çatıb. Qlobal neft bazarında təklifin artması nəticəsində qiymətlər aşağı düşür. 4 Oktyabrda 86 dollar olan Brent növü xam neftin barrel qiyməti, 33 faiz azalma ilə 29 Noyabrda 57,5 dollara geriləmişdi.
 

Hazırda (saat 08:10) Brent neftinin qiyməti 59,70 dollardır. 

 

OPEC İqtisadi Komissiyası, ötən həftə dərc olunan hesabatda, neft qiymətlərində tarazlığın yenidən bərpa olunması üçün cəmi hasilatın gündəlik ən azı 1,3 milyon barrel səviyyəsində azaldılması lazım olduğu tövsiyə etmişdi.

 

OPEC və OPEC üzvü olmayan neft istehsalçıları, 2016-da neft hasilatının gündəlik 1,8 milyon barrel azaldılması barədə qərar qəbul etmişdilər. Ötən ilin may ayında isə bu qərardan imtina edilərək istehsal artımına gedilmişdi.

07.12.2018 05:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ