Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Polşada “Azərbaycan Ticarət Evi” açılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Polşada “Azərbaycan Ticarət Evi” açılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 6-da Polşanın paytaxtı Varşavada “Azərbaycan Ticarət Evi” açılıb.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.

 

Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi  məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s.  nümayiş olunur.

 

“Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər.

 

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Polşada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Polşada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi də məhz 2017-ci ildə Polşada təyin olunub. Qeyd olunub ki, strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Polşa əlaqələri uğurla inkişaf edir. Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

 

Azərbaycan və Polşa arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu ilin ilk 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artıb. İndiyədək Polşa Azərbaycana 20 mln. dollardan çox, Azərbaycan isə Polşaya 6,5 mln. dollar investisiya yatırıb. Hazırda Azərbycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir.

 

Əməkdaşlığın inkişafı perspektivlərindən danışan İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb.

 

Polşanın Sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç və Xarici işlər nazirinin müavini Maciej Lang Varşavada “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüblər.

 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşada Azərbaycan Ticarət Evinin iqtisadi əlaqələrin genişlənməsində önəmini qeyd edib, iş adamlarını bu imkandan yararlanmağa dəvət edib.

 

Sonra tədbir iştirakçıları “Azərbaycan Ticarət Evi” və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.

 

Tədbir çərçivəsində “Azərbaycan Ticarət Evi” ilə Polşanın “STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair Anlaşma Memorandumu imzalanıb.

 

Polşaya səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Polşanın Sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviçlə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, polşalı sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib. Polşanın Sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç Polşanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayaraq, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

07.12.2018 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ