Deputat özəl telekanalların bağlanmasını təklif etdi
Deputat Aqil Abbas Azərbaycanda fəaliyyət göstərən özəl kanalların bağlanmasını təklif edib.
İclasda çıxış edən deputat bildirib ki, bu gün özəl kanallar əxlaqsızlığı yayır: “Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, rus məktəblərinə niyə uşaqları qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Ona görə də Milli Teleradio Şurasına da senzura ilə bağlı səlahiyyət verə bilərik”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
-
18 d. əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 27 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
-
51 d. əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Şərq-Qərb" ASC-nin rəhbərliyi növbəti müddətə təyin ediləcək
-
1 saat əvvəl
Təmir və quraşdırma şirkəti ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın polad istehsalı zavodunun xalis mənfəəti 3 dəfədən çox azalıb
- 1 saat əvvəl