Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Lizinq götürənlər barədə məlumatlar Kredit Bürosuna ötürülür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lizinq götürənlər barədə məlumatlar Kredit Bürosuna ötürülür

Azərbaycanın lizinq şirkətlərinin də Azərbaycan Kredit Bürosuna inteqrasiyası başlayır. Lizinq şirkətləri  müştəriləri barədə məlumatları Büroya təqdim edəcəklər. Bundan sonra gecikdirilən lizinq ödənişləri də müştərinin kredit tarixçəsini pisləşdirəcəkdir. Hətta indiyədək lizinq borcu üzrə ödənişini vaxtında həyata keçirilməyənlər gələcəkdə kredit və lizinq götürən zaman çətinliklə üzləşə bilərlər.


 

Azərbaycan Kredit Bürosu (Büro) əhatə dairəsinin genişləndirilməsi, məlumat istifadəçilərinin daha geniş informasiya ilə təmin edilməsi strategiyası çərçivəsində ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirmişdir.

 

Tədbiri giriş sözü ilə açan Büronun Baş direktoru Elçin Həbibov iştirakçılara Büronun fəaliyyəti və bu müddət ərzində təqdim edilmiş xidmətlər haqqında məlumat vermişdir. Baş direktor eyni zamanda çıxışında kredit məlumatlarının mübadiləsi sisteminin biznes subyektlərinin risklərinin azaldılmasındakı rolu barədə tədbir iştirakçılarına məlumat vermişdir.

 

Görüşdə Büronun əməkdaşları Büronun xidmətləri və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı nəzərdə tutulan plan və addımlar  haqqında təqdimatlarla çıxış etmiş, tədbir iştirakçıları ilə məlumat mübadiləsi üzrə interaktiv müzakirələr aparılmışdır.

 

Qeyd edək ki, Büro tərəfindən ilkin olaraq lizinq şirkətlərinin Büroya inteqrasiyası imkanlarının qiymətləndirilməsi aparılacaq və onların Büroya qoşulması üçün zəruri təlimatlar və test mühit təqdim olunacaqdır.

 

Müvafiq hazırlıq prosesini başa çatdırmış və öz portfelini Büroya ötürməyə hazırlığı bitirən şirkətlər Büro ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayacaqlar.

07.12.2018 10:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ