Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Böyük mənfəət əldə etsə də, vergi ödəməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük mənfəət əldə etsə də, vergi ödəməyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Akkord Sənaye Tikinti Korporasiyası” ASC 2017-ci ilin 30 milyon 520 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, ASC 2016-cı ili 6 milyon 338 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, şirkətin xalis mənfəəti 5 dəfəyə yaxın artıb. 

 

“Marja” ASC-nin audit olunmuş hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 131 milyon 227 min manat olmuş gəlirlər 2017-ci ildə 228 milyon 860 min manata yüksəlib (74,4% artıb).

 

Ötən il ərzində “Akkord”un cəmi xərcləri (satış xərcləri, ümumi və inzibati xərclər, maliyyə xərcləri və.s) 198 milyon 340 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra şirkətin 30 milyon 520 min manat mənfəəti qalıb. Mənfəətdən vergi ödənilməyib.

 

Maliyyə hesabatına müsbət rəyi "Abak-Az Crovve Ltd" şirkəti verib.

 

31 Dekabr 2017-ci il tarixində “Akkord Sənaye Tikinti Korporasiyası” 1 milyard 373 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2016-cı ilin sonunda 1 milyard 224 milyon manat cəmi aktivlərə malik idi.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

07.12.2018 13:06

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ