Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Nazir: İran neft hasilatını azaltmaq fikrində deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: İran neft hasilatını azaltmaq fikrində deyil
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İndiki vəziyyətdə İran neft hasilatını azaltmaq fikrində deyil.

 

Reklam_3_11

Bu sözləri İranın neft naziri Bijən Namidar Zəngənə OPEC-in iclasında deyib.

 

Bildirib ki, İrana qarşı tətbiq olunmuş iqtisadi sanksiyalar aradan qaldırılmayana qədər İran hasilatı davam etdirəcək və dünya bazarına əvvəlik kimi neft ixrac edəcək. Nazir diqqətə çatdırıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi İranın günahi üzündən baş verməyib. Ona görə da İran başqalarının məsuliyyətini öz üzərinə götürmək istəmir. Bazardakı qiymətləri qeyri-sabit vəziyyətə salan dövlətlər hasilatlarını azaltmalıdırlar.

 

Xatırladaq ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar OPEC dövlətləri Vyanada toplaşaraq məsələni müzakirə edirlər. Kartelə üzv dövlətlərə təklif olunur ki, gündəlik neft hasilatı 1 milyon barrel azaldılsın və bazardakı qiymət sabitləşsin. Lakin İran hasilatı azaltmaq fikrində olmadığını bəyan edib. İranın bu mövqeyinin əsaslı səbəbi var. Sanksiyalara məruz qalan İranın milli valyutası dəyərdən düşüb, ölkə iqtisadiyyatı heçdə yaxşı dövrünü yaşamır. Neft isə ölkəyə valyuta gətirən yeganə ixrac məhsuludur. Onun ixracı azalsa, İranda iqtisadi vəziyyət həddən artıq dərəcədə gərginləşər. Buna görə də İran hasilatı azaltmaqdan imtina edir.

 

OPEC-in iclası hələ davam edir. Yekun qərarın nədən ibarət olacağı yaxın günlərdə bilinəcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

07.12.2018 13:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ