Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC və tərəfdaşları razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC və tərəfdaşları razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nümayəndələrə görə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının Avstriyanın paytaxtı Vyanada təşkil etdiyi tədbir iki gün davam edən çətin müzakirələrin ardından müqavilə ilə nəticələnib.​


 

Nümayəndələrə görə, OPEC və təşkilata üzv olmayan tərəfdaşları hasilatın gündəlik 1.2 milyon barrel azaldılması məsələsində razılaşıb. Bu miqdarın 800 min barreli OPEC və qalanı (400 min bareli) digər istehsalçılar tərəfindən azaldılacaq.

 

İranın müqavilədən azad edildiyi bildirilir. Onsuz da ABŞ sanksiyalarına görə, İranın hasilatının azaldığı qeyd edilib.

 

Adını verməyən nümayəndələrə görə, razılaşma, ABŞ sanksiyalarına görə onsuz da istehsalı azalan İranın bu müqavilədən azad edilməsi tələbinin qəbul edilməsindən sonra  mümkün olub.

 

Müqavilə gələn ilin Aprel ayında nəzərdən keçiriləcəkdir.

 

Səudiyyə Ərəbistanı hasilatın 1 milyon barel azaldılmasını təklif edirdi. 

 

Çətin danışıqların müsbət nəticələnməsi və hasilatın gözləniləndən daha yüksək həcmdə azaldılması neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. "Marja" xəbər verir ki, razılaşma xəbərindən sonra neft qiymətləri qalxır. Bakı vaxtı ilə saat 18:10-a olan məlumata görə, Brent nefti 5,2% bahalaşaraq 63,18 dollara qalxıb.

 

Qeyd edək ki, Azərbaycanda razılaşmaya qoşulub.

 

Bu müqavilə, OPEC-in hasilatı azaltmamasını və qiymətləri aşağı salmaq istəyən ABŞ Prezidenti Donald Trumpın hirslənməsi riskini də artırıb.

07.12.2018 14:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ