OPEC və tərəfdaşları razılaşdı
Nümayəndələrə görə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının Avstriyanın paytaxtı Vyanada təşkil etdiyi tədbir iki gün davam edən çətin müzakirələrin ardından müqavilə ilə nəticələnib.
Nümayəndələrə görə, OPEC və təşkilata üzv olmayan tərəfdaşları hasilatın gündəlik 1.2 milyon barrel azaldılması məsələsində razılaşıb. Bu miqdarın 800 min barreli OPEC və qalanı (400 min bareli) digər istehsalçılar tərəfindən azaldılacaq.
İranın müqavilədən azad edildiyi bildirilir. Onsuz da ABŞ sanksiyalarına görə, İranın hasilatının azaldığı qeyd edilib.
Adını verməyən nümayəndələrə görə, razılaşma, ABŞ sanksiyalarına görə onsuz da istehsalı azalan İranın bu müqavilədən azad edilməsi tələbinin qəbul edilməsindən sonra mümkün olub.
Müqavilə gələn ilin Aprel ayında nəzərdən keçiriləcəkdir.
Səudiyyə Ərəbistanı hasilatın 1 milyon barel azaldılmasını təklif edirdi.
Çətin danışıqların müsbət nəticələnməsi və hasilatın gözləniləndən daha yüksək həcmdə azaldılması neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. "Marja" xəbər verir ki, razılaşma xəbərindən sonra neft qiymətləri qalxır. Bakı vaxtı ilə saat 18:10-a olan məlumata görə, Brent nefti 5,2% bahalaşaraq 63,18 dollara qalxıb.
Qeyd edək ki, Azərbaycanda razılaşmaya qoşulub.
Bu müqavilə, OPEC-in hasilatı azaltmamasını və qiymətləri aşağı salmaq istəyən ABŞ Prezidenti Donald Trumpın hirslənməsi riskini də artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 d. əvvəl
- 33 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
2 saat əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
2 saat əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 2 saat əvvəl
- 3 saat əvvəl