Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC: Neft istehsalı 6 aylıq müddətə azaldılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC: Neft istehsalı 6 aylıq müddətə azaldılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC və OPEC+ üzrə neft hasilatı gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə azaldılıb.

 

Reklam_3_11

Bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, dekabrın 6-da Vyanada işə başlayan OPEC Nazirlər Şurasının 175-ci iclasında, həmçinin bu gün keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC), Müştərək Texniki Komissiyasının (JTC), həmçinin OPEC-in İqtisadi Komissiyanın hazırladığı hesabat və tövsiyələri nəzərdən keçirilib. Eləcə də iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər müzakirə olunub.

 

Müzakirələrin sonunda 2019-cu il yanvarın 1-dən etibarən OPEC və OPEC+ üzrə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılması barədə qərar qəbul olunub. Bu həcmin sutkalıq 800 min barrelini azaltmağı OPEC, gündəlik 400 min barrelini azaltmağı isə OPEC+ ölkələri öz üzərinə götürüb. Neft istehsalı 6 aylıq müddətə azaldılıb, bu qərar gələn ilin aprelində yenidən nəzərdən keçiriləcək.

 

OPEC və qeyri-OPEC nazirlərinin növbəti görüşü isə 2019-cu ilin aprelində Vyanada keçiriləcək.

07.12.2018 18:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ