“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti 5% artıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 112 milyon 36 min manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11% çoxdur.
Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 13,8% artaraq 86 milyon 13 min manata, o cümlədən nizamnamə kapitalı 27,5% artaraq 41 milyon 553 min manata, cəmi öhdəlikləri isə 2,6% artaraq 26 milyon 23 min manata çatıb.
2017-ci ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 67 milyon 945 min manat (2016-cı ilə nisbətən 1,3% az), xidmətlərinin maya dəyəri 35 milyon 325 min manat (9,9% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 30 milyon 249 min manat (66,5% çox), digər əməliyyat gəlirləri 13 milyon 642 min manat (3,9 dəfə çox), maliyyə xərcləri 415 min manat (48,6% az) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 15 milyon 598 min manat (10,5% çox) olub.
2017-ci ildə “Bakı Telefon Rabitəsi” 2016-cı illə müqayisədə 22,1% çox – 5 milyon 354 min manat mənfəət vergisi ödəyib və ili 10 milyon 244 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 5,3% çoxdur.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında ötən il yaradılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl