Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Səs-küyə görə sakinlərə 264 milyon dollar ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səs-küyə görə sakinlərə 264 milyon dollar ödəyəcək

Yaponiyanın Okinava prefekturasının Naha məhkəməsi mərkəzi hökumətin evləri ABŞ hərbi-hava qüvvələrinin Kadena aviabazasının yaxınlığında yerləşən sakinlərə təyyarələrin uçuşu zamanı yaranan səs-küyə görə 30 milyard yen (təqribən 264 milyon dollar) ödəməsi barədə qərar qəbul edib. Bu barədə NHK telekanalı məlumat yayıb.

 

Məhkəməyə ünvanlanan iddiaya 22 min sakin imza atıb. İddiaçıların bildirdiyinə görə, təyyarələrin yaratdığı səs-küy normal yaşamağa və dincəlməyə maneə yaradaraq insanların psixikasına mənfi təsir göstərir.

 

Bununla yanaşı, məhkəmə MV-22 Osprey konvertoplanlarının uçuşuna qadağa qoyulması barədə sakinlərin iddiasını rədd edib.

 

2016-cı ilin dekabrında Okinavanın daha yüksək instansiyalı məhkəməsi dairə məhkəməsinin Yaponiya hökumətinin Qinovan şəhərindəki Futemma bazasındakı təyyarələrin yaratdığı səs-küyə görə yerli sakinlərə kompensasiya ödəməsi barədə oxşar qərar təsdiq etmişdi.

 

Okinavanın Yaponiya ərazisinin cəmi 0,6 faizini təşkil etməsinə baxmayaraq, ABŞ hərbi bazlarının 74 faizi burada yerləşir.

 

© Azərtac

23.02.2017 06:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ