Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Bazara daha çox valyutanın çıxarılması manatın möhkəmlənməsinə səbəb ola bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bazara daha çox valyutanın çıxarılması manatın möhkəmlənməsinə səbəb ola bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı açıqlamaları daha çox fiskal aspektdən qiymətləndirilməlidir.

 

Bu barədə  iqtisadçı ekspert Vüqar Bayramov deyib.

 

Ekspert qeyd edib ki, məzənnəyə məsul olan qurum Mərkəzi Bankdır. Mərkəzi Bank manatın məzənnəsinə, valyuta bazarında baş verənlərə müdaxilə etmək imkanına malikdir. 2018-ci ildə manat praktik olaraq stabilliyini qoruyub saxlayıb. Maliyyə nazirinin arqumenti ondan ibarətdir ki, biz büdcədə daha çox xərcləmələrə gedəriksə, bu, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) büdcəyə daha çox transfer deməkdir. ARDNF-in gəlirləri dollarladır. Bu vəsaitlərin büdcəyə transfer edilməsi üçün hərraclarda satılıb manata çevrilməsinə ehtiyac var. Nəticədə dollarla formalaşan ARDNF büdcəyə transferi manatla edir. Bu da valyuta bazarına büdcə xərcləmələri kontekstindən daha çox valyutanın daxil olmasına gətirib çıxarır.

 

"Bazara daha çox valyutanın çıxarılması manatın məzənnəsinin möhkəmlənməsinə səbəb ola bilər. Maliyyə naziri mövcud fiskal qaydalar çərçivəsində məzənnənin möhkəmlənməsi deyil, onun qorunub saxlanmasının vacib olduğunu qeyd edib. Nazir çıxışında fiskal qaydaları tətbiq etməklə, gələcəkdə həm büdcə xərclərini optimallaşdırmaq, həm də bu xərcləmələrin valyuta bazarına təsirlərini minimumlaşdırmağa çalışıb. Maliyyə nazirinin açıqlaması məzənnə deyil, fiskal siyasətlə bağlı izahatdır", - deyə V.Bayramov diqqətə çatdırıb.

 

Manatın məzənnəsi üçün neftin dünya bazarında qiymətinin çox önəmli olduğunu deyən ekspert bildirib ki, neftin dünya bazarındakı qiyməti xüsusən 60 dollardan çox olarsa, bu halda fiskal xərcləmələr valyuta bazarı üçün hər hansı risk formalaşmır. Gələn ilin dövlət büdcəsində də neftin qiyməti 60 dollar nəzərdə tutulub.

 

Ekspert deyib: "Maliyyə Nazirliyi fiskal siyasətə məsul olan qurumdur. Nazirin açıqlamasının mahiyyəti ondan ibarətdir ki, fiskal qaydalar manatın gələcəkdə möhkəmlənməsinin qarşısını almalıdır. Manatın daha da möhkəmlənməsi Azərbaycanın qeyri-neft ixracına daha da mənfi təsir göstərə bilər. Bu halda bizim qeyri-neft məhsullarımız qonşu, xüsusən Rusiya bazarında bahalaşa bilər. Bu ilin 10 ayında Azərbaycanın qeyri-neft ixracı 1,2 milyard dollardan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artım deməkdir. Məzənnə siyasəti həm də qeyri-neft ixracını stimullaşdırmalıdır".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

09.12.2018 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ