Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün məhkəməsi davam edəcək, hakimin qərarı maraqla gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün məhkəməsi davam edəcək, hakimin qərarı maraqla gözlənilir

1 Dekabrda Vankouver şəhərində həbs edilmiş Çinin texnologiya nəhəngi "Huawei"nin maliyyə direktoru (CFO) Mıng Vancounun (Meng Wanzhou) bu gün məhkəməsi davam edəcək. 
 

"Marja" xəbər verir ki, Mıngın məhkəməsi ötən Cümə günü başlayıb. Onun girov müqabilində azadlığa buraxılmasına da baxılır. Bugünkü iclasda hakimin necə qərar verəcəyi maraqla gözlənilir. Mıng, hazırda Vankouverda həbsdə saxlanılır.
 

Mıng Vancou, günahlandırıldığı "birdən çox beynəlxalq qurumu aldatmaq üçün hiylə qurmaq" cinayətində günahkar hesab edilməsi halında 30 il həbs cəzasına məhkum ediləcək.

 

ABŞ Ədliyyə Nazirliyi, Mıng Vancounun mühakimə olunması üçün ABŞ orqanlarına təslim edilməsini istəyir.

 

Mıng Vancou "Huawei"nin sahibinin qızıdır.

 

Çinin iri texnologiya şirkəti "Huawei"nin Maliyyə direktoru Mıng Vancou, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozduğu iddiası ilə ABŞ-ın tələbi ilə Kanada orqanları tərəfindən 1 Dekabrda Vankouver şəhərində saxlanılıb. Hadisənin, ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Şi Cinpingin Argentinada keçirilən G-20 Sammitində ticarətdə yaşanan gərginliyi azaltmaq üçün keçirdiyi görüş zamanı baş verməsi diqqəti çəkmişdir. 
 

Hadisədən sonra Çin Xarici İşlər Nazirliyi, Kanadanı insan hüquqlarını pozmaqda günahlandırmış və "Huawei" rəsmisinin dərhal azadlığa buraxılmasını tələb etmişdi.
 

Çinin Şenzhen şəhərində 1987-ci ildə yaradılmış və bu gün dünyanın ən böyük telekommunikasiya şirkətləri arasında yer alan "Huawei"nin 170 ölkədə 180 mindən çox əməkdaşı var. İnformasiya və kommunikasiya texnologiyası (ICT) həlləri, şəbəkələr, bulud, ağıllı telefon və internet sahələrində xidmət göstərən "Huawei"nin il sonunda bazar dəyərinin 100 milyard dolları keçəcəyi gözlənilir.

10.12.2018 05:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ