Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qeyri-neft məhsulları ixracının həcmi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-neft məhsulları ixracının həcmi açıqlandı

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 104 ölkəyə məhsul ixrac olunmuş, 171 ölkədən idxal olunmuşdur.

 

Reklam_3_11

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 534,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 281,7 milyon dollar, idxalın dəyəri 9 milyard 252,6 milyon dollar təşkil etmiş, nəticədə 8 milyard 29,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

 

2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4 faiz, o cümlədən ixrac 38,3 faiz, idxal 33,0 faiz artmışdır. Real ifadədə isə dövriyyə 1,3 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,9 faiz artmışdır.

 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 6,3 faizini İsrailə, 4,7 faizini Hindistana, hər biri 4,5 faiz olmaqla Çexiya və Tayvana (Çinin əyaləti), 4,3 faizini Almaniyaya, 3,5 faizini Kanadaya, 3,4 faizini İndoneziyaya, 3,2 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Fransaya, 2,7 faizini Gürcüstana, qalan 20,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

 

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,0 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,4 faizi İsveçrə, 3,9 faizi Ukrayna, 3,7 faizi Yaponiya, 3,3 faizi İran, 3,0 faizi İtaliya, 2,1 faizi Birləşmiş Krallıq, 1,8 faizi Cənubi Afrika Respublikası, 26,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

 

2018-ci ilin yanvar-oktyabr aylarında 1 milyard 351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.

 

2018-ci ilin yanvar-oktyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,6 faiz, kartof – 15,5 faiz, bitki yağları – 2,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə, meyvə və tərəvəz konservləri – 10,2 faiz, polietilen – 21,9 faiz, emal olunmamış alüminium – 16,8 faiz, pambıq lifi – 2,2 dəfə, qara metallardan borular – 5,1 faiz, pambıq ipliyi – 28,0 faiz artmış, təzə tərəvəz ixracı isə 3,8 faiz, şəkər – 32,2 faiz, tütün – 14,8 faiz, meyvə və tərəvəz şirələri – 13,0 faiz, çay – 23,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 8,7 faiz, qara metallardan yarımfabrikatlar – 61,1 faiz, bentonit gili – 10,4 faiz azalmışdır.

 

2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 49,5 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 22,7 faiz, qara metallardan borular – 1,9 dəfə, minik avtomobilləri – 2,4 dəfə, qara metallardan çubuqlar – 30,4 faiz, mineral gübrələr – 59,7 faiz, mebellər – 28,1 faiz, hesablama maşınları, blok və qurğuları – 14,0 faiz, polietilen – 31,5 faiz, məişət kondisionerləri – 36,9 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 11,0 faiz, sement və sement klinkerləri – 51,2 faiz, avtobuslar – 20,9 faiz, məişət soyuducuları – 1,9 dəfə artmış, buğda idxalı isə 0,4 faiz, siqaret – 3,3 faiz, bitki yağları – 0,7 faiz, xam şəkər və şəkər – 40,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,6 faiz, kartof – 17,0 faiz, mal əti – 10,2 faiz, təzə tərəvəz – 45,1 faiz, polad prokatı – 10,3 faiz, rezin şinlər – 6,0 faiz, qara metallardan künclüklər – 2,9 faiz azalmışdır.

 

10.12.2018 08:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ