Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

BŞ-ın Azərbaycandakı səfirliyindən "ExxonMobil" və "Chevron" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
BŞ-ın Azərbaycandakı səfirliyindən "ExxonMobil" və "Chevron" açıqlaması

"Azərbaycanla enerji sahəsindəki daimi əməkdaşlığımıza və uzunmüddətli ticarət əlaqələrimizə dəyər veririk".

 

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən Birləşmiş Ştatların "ExxonMobil" və "Chevron" şirkətlərinin Azərbaycanın ən böyük neft yataqları blokundakı səhmlərini satmaq niyyətində olması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyiblər.

 

"Cənub Qaz Dəhlizi Avropanın qaz tədarükünün diversifikasiyasına yardım etməkdə mühüm rol oynayır və ABŞ bu iddialı müəssisəni müdafiə etməyə davam edir. Azərbaycanın enerji ehtiyatlarının davam edən kommersiya inkişafını və onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki iştirakını tam dəstəkləyirik", - səfirlikdən bildiriblər.

 

"ExxonMobil" və "Chevron" biznes və investisiya qərarlarını səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üçün mandatına uyğun olaraq qəbul edən ictimai şirkətlərdir. ABŞ-ın energetika şirkətləri 1990-cı illərin əvvəllərindən Azərbaycanda aktiv fəaliyyət göstərir və xarici bazarlara giriş və çıxışla bağlı kommersiya qərarlarını özləri qəbul edir. Səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üzrə eyni səlahiyyətdə olan ABŞ-ın bir çox xidmət təminatçıları Azərbaycanın enerji sektorunda fəaliyyətini davam etdirir", - ABŞ səfirliyindən qeyd ediblər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

10.12.2018 08:50

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ