Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"OPEC+ qərarı nəticəsində gələn il neftin qiyməti 5 dollar artacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"OPEC+ qərarı nəticəsində gələn il neftin qiyməti 5 dollar artacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"OPEC+ çərçivəsində neft hasilatının azaldılması barədə əldə edilən razılaşma nəticəsində gələn il nefin qiyməti təqribən 5 ABŞ dolları artacaq".

 

Bunu  Rusiya Enerji və Maliyə İnstitutunun İqtisadiyyat Departamentinin müdiri Marsel Salehov deyib.

 

Onun sözlərinə görə, OPEC+ formatının qərarından sonra ilk dövrdə neftin qiyməti sürətlə artırdı, halbuki hasilatın bu cür azalması gözlənilirdi: "Bu məsələdə hesabın 2018-ci ilin oktyabr ayından aparılacağını unutmamaq lazımdır. Həmin vaxtadək neft hasilatı iyul ayına nisbətən əhəmiyyətli dərəcədə artırılmışdı. Üstəlik də İran, Liviya, Venesuela həmin öhdəliklərdən azad olunub.”

 

Ekspertin ehtimalına görə, indi qiymət dəyişikliyi daha çox Səudiyyə Ərəbistanı və Rusiyanın yaxın aylarda hasilatı necə və nə qədər azaldacaqlarından asılı olacaq: “Bizim dəyərləndirməmizə görə həmin azalma, əgər həqiqətən olacaqsa, gələn 12 ay ərzində neftin qiymətinə, təqribən, 5 dollar əlavə ediləcək”, – departament müdiri qeyd edib.

 

OPEC+ iştirakçı ölkələrinin hasilatı azaltmalarına dair ABŞ-ın mövqeyini şərh edən M.Salehovun fikrincə, bu ölkənin strategiyası NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanununu həyata keçirmək üzərində qurulub.

 

“Çox güman ki, bu qanunu yeritməyə davam edəcəklər. Amma məncə, indiki qərar ABŞ-ın bu istiqamətdə hansısa fəallaşması demək deyil. Əslində, ABŞ neft sənayesi neftin qiymətinin 50 dollar və daha aşağı səviyyələrdə olarsa ciddi çətinliklərlə üzləşəcəyindən bu qərar onlar üçün qismən sərfəlidir”, – rusiyalı ekspert bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

10.12.2018 10:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ