Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gürcüstan iri transmilli şirkətlərə misli görünməmiş güzəştlər təqdim edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan iri transmilli şirkətlərə misli görünməmiş güzəştlər təqdim edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan hökuməti iri transmilli şirkətlərə misli görünməmiş güzəştlər təqdim edəcək.

 

Bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib.

 

O deyib ki, transmilli şirkətlər güzəştlərdən onların baş ofislərinin Gürcüstanda açılacağı təqdirdə yararlana biləcəklər.

 

M.Baxtadze qeyd edib ki, güzəştlərlə bağlı təklif dünyanın 500 ən iri şirkəti daxil olmaqla, böyük sayda iri transmilli şirkətlərə aid olacaq: “Bu, Gürcü Arzusu Partiyasının bölgənin iqtisadi mərkəzinə çevrilməsi ilə bağlı strategiyasının yerinə yetirilməsinə töhfə verəcək”.

 

Baş nazirin təşəbbüsü qanun layihəsi formasında hazırlanıb və yaxın gələcəkdə parlamentə təqdim olunacaq.

 

Hökumət başçısı həmçinin bildirib ki, gələn il Gürcüstanda yeni Gömrük Məcəlləsi qəbul olunacaq ki, bu da ölkənin dünya iqtisadiyyatına daha effektiv inteqrasiyasına töhfə verəcək: “Yeni məcəllə Avropa İttifaqının standartlarına tam cavab verəcək və İttifaqla azad ticarət rejimindən istifadədə bizə kömək edəcək”.

10.12.2018 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ