Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyədən 65 nəfər gəlib - Biznes Forum keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədən 65 nəfər gəlib -  Biznes Forum keçiriləcək

Sabah Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək.

 

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən biznes forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak edəcəklər.

 

Biznes forumda kənd təsərrüfatı naziri İnam Kərimovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPROMO) rəhbəri Yusif Abdullayevin, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatın, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin, Türk Kənd Təsərrüfatı Maşınları və Avadanlığı İstehsalçıları Assosiasiyasının (TARMAKBİR) sədri Şenol Önalın çıxışları nəzərdə tutulur.

 

Tədbir Bakı Biznes Mərkəzində, saat 11.00-da keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat 10.00-da başlayacaq.

10.12.2018 14:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ