Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazir: “Qara qızıl”ın qiyməti artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: “Qara qızıl”ın qiyməti artacaq

Neft istehsalının azaldılması çox vaxtında qəbul olunmuş qərar idi.

 

Bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.

 

“Ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin birgə iclası keçirildi və neft bazarına dair qərarlar qəbul olundu. Ümumilikdə iştirakçı ölkələr sutkalıq hasilatın 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Sözsüz ki, bu qərar çox vaxtında qəbul edilmiş qərar oldu. Heç şübhə yoxdur ki, bu qərar bazara müsbət təsir göstərəcək və bazarı balanslaşdıracaq. Neft bazarındakı mövcud ehtiyatlar azaldıqca “qara qızıl”ın qiyməti də artacaq. Sözsüz ki, bu da öz növbəsində neft sənayesinin inkişafına səbəb olacaq”.

 

“Azərbaycan isə gündəlik neft hasilatının 20 min barrel azaldılması üzrə öhdəlik götürüb. Gələn ilin ilk 6 ayını nəzərdə tutan bu qərar çərçivəsində çalışacağıq ki, öhdəliyi yerinə yetirək”, - deyə nazir əlavə edib.

 

O, gələn il Bakıda keçirilməsi nəzərdə tutulan OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasının vaxtının isə hələ ki, dəqiqləşmədiyini bildirib.

 

Xatırladaq ki, dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

10.12.2018 15:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ