Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Çin iPhone-ların satışını qadağan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin iPhone-ların satışını qadağan etdi

Çində, "Apple"ın bir çox modelinin patent pozuntusu səbəbilə satışı qadağan olunub.
 

"Marja" xəbər verir ki, Mərkəzi ofisi ABŞ-da yerləşən texnologiya şirkəti "Qualcomm" şirkətindən verilən açıqlamada, Çindəki Fuzhou məhkəməsinin qərarı ilə "Apple"ın bir çox modelinin satışının qadağan olunduğu bildirilib.
 

Reklam_3_11

Açıqlamada, "iPhone 6S", "iPhone 6S Plus", "iPhone 7", "iPhone 7 Plus", "iPhone 8", "iPhone 8 Plus" və "iPhone X" modellərinin satışının qadağan olunduğu qeyd edilib.
 

Şirkətin açıqlamasında iddia mövzusu olan  "iPhone" modellərində istifadə edilən 2 patentin "Qualcomm"a aid olduğu irəli sürülüb.
 

"Qualcomm"ın Sədr müavini Don Rozenberq, "Müştərilərimizlə olan əlaqəmizə böyük dəyər veririk və nadir hallarda məhkəmələrin xidmətinə müraciət edirik. Ancaq eyni zamanda əqli mülkiyyət hüquqlarının qorunmasına dair daimi inamımız var. "Apple" bizə kompensasiya vermədən əqli mülkiyyətdən istifadə etməyə davam edir",- ifadələrini istifadə edib.

 
"Apple"dən verilən açıqlamada isə,""Qualcomm"un məhsullarımızın satışının qadağan edilməsi istiqamətindəki səyi, qeyri-qanuni proqramları dünyanın hər yerində araşdırılan bir şirkətin çarəsiz cəhdidir. Bütün "Apple" modellərimiz Çindəki müştərilərimiz üçün mövcuddur",- deyilir.
 

"Apple"ın açıqlamasında, mübahisə mövzusu olan patentlərin iOS 11 sistemi ilə çalışan məhsulları əhatə etdiyini, hazırda satışda olan Apple məhsullarının iOS 12 ilə çalışdığı qeyd edilib. 
 

"Huawei"nin sahibinin qızı və maliyyə direktoru Mıng Vancou, ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu iddiası ilə 1 Dekabrda Vancouver şəhərində həbs olunmuşdur. Çin, Kanadadan, Mıngın sərbəst buraxılmasını tələb etmişdi.

11.12.2018 04:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ