Ən yuxarı statik reklam_3

Fransa prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fransa prezidenti ölkədə fövqəladə vəziyyət elan edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

 

Bu barədə o, xalqa müraciətində bildirib. 

 

"Birincisi, bu gün fövqəladə iqtisadi və sosial vəziyyət elan etmək istəyirəm. Biz hörmət ediləcək, uşaqlarımızın bizdən də yaxşı yaşayacağı Fransanı qurmaq istəyirik", - deyə o bildirib.

 

O, qeyd edib ki, ölkənin problemləri çoxdan mövcuddur. Problemlərin kökləri 40 il əvvələ gedib çıxır və indi onlar "küçələrə çıxır".

 

"Mən bizim ölkənin siyasi sistemi ilə mübarizə apararaq, onu sizin üçün yaxşılaşdırmaq istəyirdim. Bir çox ölkələr belə vəziyyətlərdən çox ağır keçir, lakin mən ümid edirəm ki, Fransa xalqı vahid qalmaq üçün kifayət qədər güclü olacaq", - prezident qeyd edib. 

 

O, hökumətdən və parlamentdən öz işini yenidən qurmağı tələb edib. Prezidentin sözlərinə görə, 2019-ci ildən Fransada əmək haqqının minimum məbləği 100 avroya qədər artacaq.

11.12.2018 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ