Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avro ucuzlaşır, qızıl bahalaşır - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro ucuzlaşır, qızıl bahalaşır - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İngiltərənin AB ilə Breksit razılaşmasını yenidən müzakirə etməsi, Avropada fond indekslərin ucuzlaşması və qızılın bahalaşması diqqət mərkəzindədir.


 

Beynəlxalq valyuta birjalarında İngiltərə hökümətinin Breksit razılaşmasının parlamentdə səs verməyə çıxarılmasının ləğv etməsi, funt sterlinqin 1.25$-a kimi 2% ucuzlaşmasına səbəb olub.


 

İngiltərənin baş naziri Tereza Mey Avropa Birliyi ilə razılaşdırılan sazişin yenidən müzakirəsi üçün Brüsselə gedəcəyini planlaşdırır. Bu səbəbdən sazişin parlamentdə səs verməyə çıxarılmasının vaxtını uzadıb. Digər tərəfdən isə Avropa Birliyi sazişin hər iki tərəf üçün sərfəli olduğunu və dəyişdirilməyəcəyini vurğulamışdı. İngiltərədə isə hökümətə qarşı təzyiqlər sazişin ölkə maraqlarına cavab vermədiyi qənaəti ilə güclü olaraq qalır.

 

Breksit qeyri-müəyyənliyi avronun da 1.1350$-a kimi ucuzlaşmasına səbəb olub. Bununla yanaşı, dünya iqtisadiyyatında risklərin artması fonunda fond bazarlarında da son günlər müşahidə edilən böhran avroya qarşı təzyiqləri artırıb. Belə ki, Avrozonanın ən güclü ölkəsi, Almaniyanın "DAX" indeksi son iki ilin minimum səviyyəsinə - 10582 punkta - kimi ucuzlaşıb. 

 

Bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Almaniya və Avrozonanın iqtisadiyyatlarını ölçən önəmli "ZEW" indeksi də investorların diqqət mərkəzindədir. 

 

Qızıla tələb artır

 

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin atmasına səbəb olub. 1246$-a təklif edilən qiymət, 1247$-in üzərində möhkəmlənərsə, 1258$-a kimi də dəyər qazana bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

11.12.2018 06:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ