Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də 5 milyon manata yaxın zərər yığılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də 5 milyon manata yaxın zərər yığılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 6 milyon 732 min manat təşkil edib.

 

Reklam_3_11

Mərkəzin hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,4% azdır.

 

2017-ci ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin uzunmüddətli aktivləri də 6,4% azalaraq 6 milyon 645 mni manat, cari aktivləri isə təxminən 10% azalaraq 97 min manat olub.

 

Hesabat dövründə Mərkəzin cəmi öhdəlikləri  50% artaraq 36 min manata çatıb, cəmi kapitalı isə 6,6% azalaraq 6,695 mln. manata düşüb.

 

2017-ci ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin gəlirləri 67 min manat (2016-cı ilə nisbətən 7,4 dəfə çox), xidmətlərinin maya dəyəri 163 min manat (56,7% çox), ümumi və inzibati xərcləri isə 1,573 mln. manat (1,4% az) təşkil edib. Son nəticədə ötən il qurumun zərəri 1 milyon 669 min manat olub. Bu isə əvvəlki illə müqayisədə 1,2% azdır. Bununla belə, Mərkəzin yığılmış zərəri 4 milyon 775 min manata çatıb. 

 

Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 mln. manatdır. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11.12.2018 07:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ