Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azersun Holding”: Goozalın verdiyi açıqlama yanlış anlaşılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azersun Holding”: Goozalın verdiyi açıqlama yanlış anlaşılıb

 “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri Abdolbari Goozalın “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmlərinin İPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarılması ilə bağlı verdiyi açıqlama yanlış anlaşılıb.

 

Reklam_3_11

Bu barədə holdinqin yaydığı müraciətdə bildirilir.

 

“A.Goozal şirkətinin səhmlərini orta təbəqəyə aid insanların və məmurların alacağını qeyd edib. Türk dilində “Məmur” sözü Azərbaycan dili ilə müqayisədə fərqli məna kəsb etməkdədir və “orta, alt təbəqə dövlət qulluqçuları” deməkdir. A.Goozal də açıqlamasında sahibkarlarla yanaşı bu zümrəni nəzərdə tutub”. 

 

 

GOOZAL NƏ DEMİŞDİ?

 

“Mən mənfəətə çıxarmadığım qədər heç bir müəssisənin səhmlərini IPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarmaram”. 


Bunu açıqlamasında "Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal deyib. 


O, bu haqda "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmdar cəmiyyətə çevrilməsi və səhmlərinin satışa çıxarılması ehtimalına münasibət bildirərkən danışıb və zavodun hələ ki, zərərlə işlədiyini bildirib. 


“İmişli Şəhər Zavodu bir neçə ildir ki, yaxşı maliyyə nəticələri göstərmir, zərərlə işləyir. İstəyirik ki, yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıraq və zavodu ilk öncə mənfəətə çıxaraq. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib bura pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı. Məni həm yamanlayacaq, həm də bəd dua edəcəklər", - deyə iş adamı qeyd edib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11.12.2018 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ