Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Mən hesab edirəm ki, elə təşkilatlar var ki, vaxtilə dövlət zəmanəti ilə xaricdən kreditlər götürüblər. Ancaq sonradan işləri düzəlməyib, qurulmayıb və həmin krediti qaytara bilməyib".

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev, "SOCAR dövlət zəmanəti ilə aldığı kreditləri qaytarmayıb və sonradan Nazirlər Kabineti həmin borcları sildi.  Bu nə dərəcədə düzgündür?" sualını cavablandırarkən bildirib.


Rüfət Quliyev deyib:

 

"Azərbaycan hər zaman xaricdən ən yaxşı şeyi alır. Bunu mənə xaricilər deyiblər. Mən belə düşünürəm ki, bu cənab prezidentin tapşırığıdır ki, Azərbaycana nə gətiririksə, ən yaxşısını gətirək. Yaxşı da bahalı olur. Azərbaycanda deputat həmkarım Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-də bu sarıdan heç bir problem yoxdur. Mən hesab edirəm ki, elə təşkilatlar var ki, vaxtilə dövlət zəmanəti ilə xaricdən kreditlər götürüblər. Ancaq sonradan işləri düzəlməyib, qurulmayıb və həmin krediti qaytara bilməyib. Adlarını soruşsanız mən deyə bilməyəcəm. Çünki bunun üçün gərək Maliyyə Nazirliyi tam açıqlamanı versin. Bir təşkilat o krediti götürübsə, onun biznesinin axırı niyə uğursuzdur? Krediti yeyib-içmək üçün götürmürlər ki... İş görmək üçün götürürlər. Allah cənab prezidentdən razı qalsın. Biz aeroportlar, idman kompleksləri və sair yerlər tikmişik və yaratmışıq. İndi isə dövlət büdcəsindən onların saxlanmasına pul ayrılıb. Mən iclasda bəyan etdim ki, Lənkəran aeroportu daxili və xarici şirkətlərin birinə icarəyə verilsin.  Mənim “xarici şirkətlər” deməyim isə bəzi deputatların xoşuna gəlmədi. Buradan dövlət də qazansın, büdcədən də əlavə pul getməsin. Amma burada müəyyən məmurların maraqları üst-üstə gəlmir. Bu isə başqa məsələdir. Belə bir söz var: “Sən maşınımın içindən qoyunlara elə baxma!”. Mən hesab edirəm ki, Maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın. Lap cənab prezidentə müraciət etsinlər və tender keçirsinlər". 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

11.12.2018 08:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ