Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Fed 2019-da faiz artırmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fed 2019-da faiz artırmayacaq"

Hedc fondu rəhbəri  Paul Tudor Jones, düşən əmtəə qiymətlərinin yavaşlayan iqtisadiyyatı təhdid etməsi səbəbindən ABŞ Mərkəzi Bankının (Fed) 2019-da böyük bir ehtimalla faiz artırmayacağını bildirib.
 

"Marja" xəbər verir ki, Jones, CNBC-yə verdiyi müsahibəsində "2019-da faiz artırımına gedəcəklərini düşünmürəm",- deyib.
 

Əmtəə qiymətlərinin aşağı düşməsin iqtisadiyyat üzərində deflyasiya təzyiqi yaratdığını qeyd edən Jones, "mən hər zaman əmtəə qiymətlərinə baxıram, çünki çox yaxşı göstəricidir",- deyib.

 
Bazarların böyük bir ehtimalla gələn il "çox volatil" olacağını vurğulayan "Tudor Investment Corp"un banisi gələn il 10 faiz aşağı və ya 10 faiz yuxarı gedə biləcək bir bazar nəzərdə tutduğunu vurğulayıb.
 

Jones, "yəqin ki, böyük bir qlobal kredit "köpüyü" ilə üzləşirik" deyib.


 
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Məşhur hedc fondunun rəhbəri, 2019-cu ildə yüksək bazar volatilliyinin uzunmüddətli mövqe tutan sərmayədarlardan daha çox treyderlərə fayda verəcəyini qeyd edib:
 
"Treyder olmaq üçün daha yaxşı bir zaman ola bilər. Həddindən çox qalxış-enişin yaşanacağı volatil bir dövr ola bilər".

 

Jones, gələn ili, qlobal durğunluğu gətirən maliyyə böhranı öncəsi səhmlərin zirvəyə qalxdığı 2007-ci illə müqayisə edir:


 
 "2007-də iqtisadiyyat dağılırdı, amma səhm bazarı Oktyabra qədər ecazkar performans göstərdi. Yenə elə bir ssenari yaşana bilərmi? Məncə, həqiqətən mümkündür".

11.12.2018 08:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ