Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank İpoteka Fondunun müvəkkil bankı oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank İpoteka Fondunun müvəkkil bankı oldu

“Azərbaycan İpoteka Fondu” ASC Azərbaycan Beynəlxalq Bankını ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil banklar siyahısına daxil edib.

 

İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir. Daha ətraflı: https://www.ibar.az/fiziki-sexslere/ipoteka-kreditleri-aif/

 

İpoteka krediti almaq üçün müştərilər https://e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

23.02.2017 07:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ